Yuxarı

Sosial şəbəkələrdə görüntüləri yayılmış sərnişin avtobusu ilə bağlı sahibkara xəbərdarlıq edilib - VİDEO

Sosial şəbəkələrdə görüntüləri yayılmış sərnişin avtobusu ilə bağlı sahibkara xəbərdarlıq edilib - VİDEO
Sərnişin avtobusu normadan artıq sərnişinlə hərəkət edib

Bakı. 13 mart. REPORT.AZ/ Bakıda 179 nömrəli sərnişin avtobusu normadan artıq sərnişinlə hərəkət edib.

"Report"un xəbərinə görə, Sabunçu rayonunda qeydə alınan hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Belə ki, Pirşağı qəsəbəsindən metronun "Azadlıq prospekti" stansiyasının yaxınlığındakı dayanacağa qədər hərəkət edən 10 TG 572 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü həddindən artıq sərnişinlə yoluna davam edib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev "Report"un sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən marşut xəttinin sahibkarına xəbardarlıq edilib. "Bu kimi hallar əlbəttə ki Bakı Nəqliyyat Agentliyini də narahat edir. Biz bu kimi halların baş verməməsi üçün mütəmadi olaraq daşıyıcılarla iş aparırıq. Yaxın vaxtlarda Nəqliyyat Agentliyi DYP ilə birgə bu və sərnişindaşıma qaydalarının pozulmasına yönələn digər hallara qarşı birgə tədbirlərin görülməsinə başlayacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi