​Sosial şəbəkədə tanış olduğu qızı öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

​Sosial şəbəkədə tanış olduğu qızı öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin baxış iclası fevralın 3-nə təyin edilib
Hadisə
20 Yanvar , 2016 17:19
​Sosial şəbəkədə tanış olduğu qızı öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 20 yanvar. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ukrayna vətəndaşı, 1986-cı il təvəllüdlü Hümbətov Elnur Şahmurad oğlu barəsindəki hökmdən verilmiş apellyasiya şikayətləri üzrə məhkəmə başlayıb.

"Report" xəbər verir ki, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası fevralın 3-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi 2015-ci ilin may ayının 4-də Səbail rayonu, Rəsul Rza küçəsi, 4 ünvanında baş verib. Elnur Hümbətov qısqanclıq zəminində qeyri-rəsmi nikahda olduğu 1989-cu il təvəllüdlü İlahə Ağayevanı qətlə yetirib. Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan E.Hümbətov ilkin ifadəsində bildirib ki, İ.Ağayeva ilə sosial şəbəkədə tanış olub. Onların münasibətləri virtual mərhələdən real mərhələyə keçib. Daha sonra E.Hümbətov İ.Ağayevanı başqa kişilərlə də görüşdüyünü öyrənib. Hadisə günü E.Hümbətov sevgilisinin yaşadığı mənzilə gəlib, mübahisə edib. Nəticədə E.Hümbətov bıçaqla ona zərbələr endirib və İ.Ağayevanı yaralı vəziyyətdə qoyaraq hadisə yerini tərk edib. Ağır bıçaq yaraları alan qadın isə ölüb.

O, Cinayət Məcəlləsinin 120.2.4 (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.

2015-ci ilin noyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə E.Hümbətov 18 il müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan təqsirləndirilən şəsin müdafiəçi Zaur Niftəliyev və zərərçəkmiş şəxsin hüquqi varisi Böyükxanım Cabbarova apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi