Sosial şəbəkədə mübahisə etdiyi gənci döyən şəxsə hökm oxunub

Sosial şəbəkədə mübahisə etdiyi gənci döyən şəxsə hökm oxunub Qorxmaz Sadıqov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Hadisə
18 Oktyabr , 2017 13:02
Sosial şəbəkədə mübahisə etdiyi gənci döyən şəxsə hökm oxunub

Bakı. 18 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Qorxmaz Sadıqovun cinayət işi üzrə məhkəmənin növbəti iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Q.Sadıqov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında Q.Sadıqovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, 1996-cı il təvəllüdlü Sadıqov Qorxmaz Şahin oğlu sosial şəbəkədə mübahisə etdiyi Elnur Məmmədovu döyməkdə təqsirli bilinir.

O, Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərbə vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham olunur. 

Son xəbərlər

Orphus sistemi