Son iki gündə baş verən avtomobil qəzalarında 7 nəfər ölüb, 10 nəfər xəsarət alıb

Son iki gündə baş verən avtomobil qəzalarında 7 nəfər ölüb, 10 nəfər xəsarət alıb İki gün ərzində 183 cinayət faktı qeydə alınıb, onların da 31-i “isti izlər”lə açılıb
Hadisə
19 Fevral , 2018 09:09
Son iki gündə baş verən avtomobil qəzalarında 7 nəfər ölüb, 10 nəfər xəsarət alıb
Report

Bakı. 19 fevral. REPORT.AZ/ Daxili işlər orqanlarının son iki gündə qeydə aldığı cinayətlərin və hadisələrin sayı açıqlanıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iki gün ərzində Azərbaycanda 183 cinayət faktı qeydə alınıb, onların da 31-i “isti izlər”lə açılıb.

Axtarışda olduğuna görə 15 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi