Son iki gündə Bakıda 8 nəfəri it dişləyib

Son iki gündə Bakıda 8 nəfəri it dişləyib Son 1 ayda paytaxtda it dişləmələri ilə bağlı 3 saylı Şəhər Kliniki Xəstəxanasına müraciətlərin sayı artıb
Hadisə
6 Aprel , 2017 08:00
Son iki gündə Bakıda 8 nəfəri it dişləyib
Partygorsk.com

Bakı. 6 aprel. REPORT.AZ/ Son iki gün ərzində Bakıda 8 nəfər sahibsiz itlərin hücumuna məruz qalıb.

Bununla bağlı "Report"a 3 saylı Şəhər Kliniki Xəstəxanasından məlumat verilib.

Məlumatda qeyd olunur ki, nəticədə 8 nəfər müxtəlif xəsarətlər alıb. İt dişləməsi ilə bağlı hadisələr paytaxtın Nərimanov, habelə Sabunçu rayonunda, Bakıətrafı qəsəbələrdə qeydə alınıb.

Qeyd edək ki, bu qəbildən olan hadisələrdən ən ağırı Nərimanov rayonu, Ziya Bünyadov küçəsində qeydə alınıb. Belə ki, 1995-ci il təvəllüdlü Qurbanov Məmməd Yaşar oğlu işdən evə qayıdarkən küçə itlərinin hücumuna məruz qalıb. Nəticədə o, xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hazırda Y.Məmmədovun müalicəsi davam etdirilir.

Xəstəxanadan bildirilib ki, son 1 ay ərzində paytaxtda it dişləmələri ilə bağlı müraciətlərin sayı artıb. 

Son xəbərlər

Orphus sistemi