Son 6 ayda probasiya qeydiyyatına götürülən şəxslərin sayı açıqlanıb

Son 6 ayda probasiya qeydiyyatına götürülən şəxslərin sayı açıqlanıb Cari ilin birinci yarımilində 4600-dən artıq şəxs probasiya qeydiyyatına götürülüb, onlardan 2100-ü azadlığın məhdudlaşdırılması, 450-dan çoxu nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, 425-i cərimə, 500-ə yaxın islah və ictimai işlər, habelə
Hadisə
28 İyul , 2021 20:08
Son 6 ayda probasiya qeydiyyatına götürülən şəxslərin sayı açıqlanıb

Cari ilin birinci yarımilində 4600-dən artıq şəxs probasiya qeydiyyatına götürülüb, onlardan 2100-ü azadlığın məhdudlaşdırılması, 450-dan çoxu nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, 425-i cərimə, 500-ə yaxın islah və ictimai işlər, habelə digər cəzalara məhkum edilmiş şəxslər olub.

"Report"un məlumatına görə, bu barədə Ədliyyə Nazirliyində Probasiya Xidməti tərəfindən cari ilin birinci yarımilində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası üzrə görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə qeyd olunub.

Bildirilib ki, hesabat dövründə cərimə və islah işlərinin icrası ilə bağlı dövlət büdcəsinə 660 min manatdan çox vəsaitin ödənilməsi təmin olunub. 3300-dən çox şəxs isə cari ildə cəza müddətinin başa çatması ilə əlaqədar probasiya qeydiyyatından çıxarılıb, cəzanın icrasından boyun qaçırdığına və elektron nəzarət vasitəsilə aşkar olunan cəza çəkmə qaydaları üzrə pozuntulara yol verdiyinə görə 300-dən artıq məhkumun cəzası daha ağır, o cümlədən yarıdan çoxu azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib.

Bundan əlavə, məhkəmə qərarları ilə ictimai işlər növündə cəza və inzibati tənbeh kimi tətbiq edilmiş 380 nəfərə yaxın şəxs probasiya qeydiyyatına alınıb. Bu növ cəza və inzibati tənbehin icrası ilə bağlı həmin şəxslər şəhər və rayon ərazilərinin, küçə, park və meydanların, yolların abadlaşdırılması və təmizlənməsi, məişət tullantılarının daşınması, təmir və tikinti, habelə kənd təsərrüfatı müəssisələrinə kömək göstərilməsi ilə bağlı işlərə cəlb olunmaqla 76 min saatdan çox ictimai işlərin yerinə yetirilməsi təmin edilib.

Son xəbərlər

Orphus sistemi