Sofo Katsarava: “Gürcüstan parlamentində Azərbaycanla sərhəd danışıqları ilə bağlı müzakirələrin keçirilməsinə ehtiyac yoxdur”

Sofo Katsarava: “Gürcüstan parlamentində Azərbaycanla sərhəd danışıqları ilə bağlı müzakirələrin keçirilməsinə ehtiyac yoxdur” “Hazırkı mərhələdə parlamentdə Gürcüstan-Azərbaycan sərhəd məsələsi ilə bağlı müzakirələrin keçirilməsinə ehtiyac yoxdur”.
Hadisə
30 İyul , 2019 18:57
Sofo Katsarava: “Gürcüstan parlamentində Azərbaycanla sərhəd danışıqları ilə bağlı müzakirələrin keçirilməsinə ehtiyac yoxdur”

“Hazırkı mərhələdə parlamentdə Gürcüstan-Azərbaycan sərhəd məsələsi ilə bağlı müzakirələrin keçirilməsinə ehtiyac yoxdur”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Sofo Katsarava ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, sərhədlə danışıqlar məsələsində hər hansı bir təxribatçı addım atmaq olmaz: “Belə ki, bu cür addımlar birgə komissiyanın fəaliyyətinə mənfi təsir göstərə bilər. Komissiya həm Gürcüstan, həm də Azərbaycan tərəfindən fəal işləyir”.

S.Katsarava bu yaxınlarda Azərbaycanda rəsmi səfərdə olduğunu xatırladıb: “İki ölkə arasında mehriban qonşuluq ruhuna uyğun həll olunmayan problem yoxdur. Azərbaycan tərəfi də bu mövqedədir”.

Qeyd edək ki, Gürcüstanın Ədalət Naminə Partiyasının lideləri - Eka Beselia və Zviad Kvaçantiradze Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı qapalı dinləmənin keçirilməsi tələbi ilə ötən həftə ölkə parlamentinin Diaspor və Qafqaz məsələləri üzrə komitəsinə müraciət ediblər.

Son xəbərlər

Orphus sistemi