SOCAR: "Yanıq mərkəzində müalicəsi davam etdirilən neftçinin müraciəti şirkət tərəfindən araşdırılır"

SOCAR: "Yanıq mərkəzində müalicəsi davam etdirilən neftçinin müraciəti şirkət tərəfindən araşdırılır" Bəxtiyar Ələkbərovun səhhətinə hər gün nəzarət olunur
Hadisə
19 Yanvar , 2016 22:26
SOCAR: Yanıq mərkəzində müalicəsi davam etdirilən neftçinin müraciəti şirkət tərəfindən araşdırılır

Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ötən il dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəza zamanı xəsarət alan neftçilərin vəziyyətini daima nəzarət altında saxlayır.

Bunu “Report”a SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirib.

Onun sözlərinə görə, Yanıq mərkəzində müalicəsi davam etdirilən Bəxtiyar Ələkbərovun maddi vəziyyətinin ağır olması ilə bağlı müraciəti hazırda şirkət tərəfindən araşdırılır.

“Qəza zamanı xəsarət almış bütün neftçilər üçün nəzərdə tutulmuş imtiyazlar və müavinətlər Bəxtiyar Ələkbərova da şamil olunacaq”, - N. Quliyev deyib.

SOCAR-ın İşçilərə tibbi xidmətin təşkilinə nəzarət şöbəsinin rəisi Fuad Əlizadə isə bildirib ki, Əziz Əliyev adına Cərrahiyyə Klinikasının Yanıq şöbəsinə yerləşdirilən Bəxtiyar Ələkbərovun səhhətinə hər gün nəzarət olunur, bütün tələb olunan müayinələr və müalicə vaxtında aparılır.

Qeyd edək ki, Bəxtiyar Ələkbərov “Günəşli” özülündə operator vəzifəsində çalışıb. Bir anda yüksək təzyiqli qaz partlayışından sonra operator platformaya geri qayıdanda yanğınla üz-üzə gəlib. Ona görə də o, yanıq xəsarətləri alıb. Xilas edilən operator hazırda Yanıq mərkəzində müalicəsini davam etdirir.

Son xəbərlər

Orphus sistemi