“SOCAR Energy Georgia” MMC-nin baş direktorunun müşaviri Prezident İlham Əliyevi təbrik edib

“SOCAR Energy Georgia” MMC-nin baş direktorunun müşaviri Prezident İlham Əliyevi təbrik edib Bakı. 12 aprel. REPORT.AZ/ “SOCAR Energy Georgia” MMC-nin baş direktorunun müşaviri Yuri Çaxunaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Hadisə
12 Aprel , 2018 18:59
“SOCAR Energy Georgia” MMC-nin baş direktorunun müşaviri Prezident İlham Əliyevi təbrik edib

Bakı. 12 aprel. REPORT.AZ/ “SOCAR Energy Georgia” MMC-nin baş direktorunun müşaviri Yuri Çaxunaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

"Report"un məlumatına görə, təbrik mətnində deyilir:

"Əziz İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Bu il aprelin 11-də Azərbaycan xalqı öz iradəsini ifadə edərək Sizin yürütdüyünüz, ölkənin firavanlaşmasına, beynəlxalq aləmdə nüfuzunun durmadan artmasına və xalqın firavanlığına yönəlmiş quruculuq siyasətinizi hərtərəfli və şəksiz dəstəklədiyini bütün dünyaya nümayiş etdirdi. Bu yolda qazanılmış uğurlar Sizin bilavasitə adınızla bağlıdır.

Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, tükənməz enerji və Azərbaycan xalqının tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzu edirəm.

Əminik ki, ölkənizin dinamik iqtisadi inkişafına və ərazi bütövlüyünün tezliklə bərpa olunmasına yönəlmiş siyasi fəaliyyətiniz Azərbaycan xalqının və həmkarlarınızın hərtərəfli dəstəyi ilə öz bəhrəsini verəcəkdir.

Əziz İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, bir daha əmin etmək istərdim ki, biz - Sizin dostlarınız bizə verilən istənilən tapşırığı yerinə yetirməyə həmişə hazırıq.

İcazə verin, Sizə bir daha ən xoş arzularımı bildirim, planlarınızın və ideyalarınızın tezliklə reallaşmasını diləyim".

Son xəbərlər

Orphus sistemi