SOCAR əməkdaşları seysmik kəşfiyyat işləri apararkən xəsarət alıblar

SOCAR əməkdaşları seysmik kəşfiyyat işləri apararkən xəsarət alıblar Hadisənin baş vermə səbəbləri araşdırılır
Hadisə
28 İyun , 2017 17:59
SOCAR əməkdaşları seysmik kəşfiyyat işləri apararkən xəsarət alıblar

Bakı. 28 iyun. REPORT.AZ/ Bu gün saat 13.50 radələrində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCARGeofizika və Geologiya İdarəsinin əməkdaşları “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Arya 141” qayığı ilə N.Nərimanov adına NQÇİ-nin ərazisində seysmik kəşfiyyat işləri apararkən qayıq idarəetməni itirib, 34 saylı meydançanın ayağına toxunub.

“Report” SOCAR-a istinadən xəbər verir ki, nəticədə qayıqda olan 7 nəfərdən 5-i müxtəlif dərəcəli bədən xəsarətləri alıb və təcili tibbi yardım maşınları ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi