Yuxarı

SOCAR: Axtarışlar gecə də davam etdiriləcək

Axtarış zamanı itkin düşən neftçilərdən bəzilərinin gödəkçələri tapılıb

Bakı. 6 dekabr. REPORT.AZ/ "Günəşli" yatağındakı 10 saylı stasionar dəniz özülündə baş vermiş qəza ilə əlaqədar neftçilərin axtarışları davam etdirilir. Təəssüf ki, hələ yeni xəbər yoxdur". "Report"un xəbərinə görə, bunu "Günəşli" yatağındakı 10 saylı stasionar dəniz özülündə baş vermiş qəza ilə əlaqədar keçirilən növbəti mətbuat konfransında SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov deyib.

X.Məmmədov axtarış zamanı ancaq itkin düşənlərin gödəkçələrinin tapıldığını bildirib: "Dağılan, sınan qayığın qalıqları tapılıb. Yanğın qaz quyusunda davam edir, yanğının söndürülməsi üçün tədbirlər görülür".

"Hava qaraldığı üçün axtarışlar ancaq gəmilər vasitəsi ilə aparılacaq. Çünki, helikopterlərin gecə axtarış aparması həm təhlükəli, həm də effektsizdir", - o, əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi