"SOCAR-AQŞ"nin nümayəndə heyəti ADNSU-da olub

"SOCAR-AQŞ"nin nümayəndə heyəti ADNSU-da olub Bakı. 2 may. REPORT.AZ/ SOCAR-AQŞ MMC-nin nümayəndələri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) III kurs tələbələri ilə görüşüb.
Hadisə
2 May , 2018 18:45
SOCAR-AQŞnin nümayəndə heyəti ADNSU-da olub

Bakı. 2 may. REPORT.AZ/ "SOCAR-AQŞ" MMC-nin nümayəndələri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) III kurs tələbələri ilə görüşüb.

ADNSU-dan "Report"a verilən məlumata görə, görüşdə "SOCAR-AQŞ"nin fəaliyyət istiqamətləri, şöbələr, yay təcrübə proqramı, həmçinin vakansiyalar haqqında video təqdimat nümayiş olunub.

Sonra "SOCAR-AQŞ"də ödənişli yay təcrübə proqramı haqqında tələbələrə ətraflı məlumat verilib. Hazırda "SOCAR-AQŞ"də işləyən ADNSU tələbələri və məzunları tədbir iştirakçıları ilə öz təcrübələrini bölüşüblər.

"SOCAR-AQŞ"nin Yeni texnologiyalar və texniki limit şöbəsinin müdiri Nazim Rəhimov "SOCAR-AQŞ"nin gerçəkləşdirdiyi layihələr haqqında tədbir iştirakçılarına məlumat verib. Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xatırladaq ki, “SOCAR-AQŞ" inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir. 

Son xəbərlər

Orphus sistemi