Şöbə rəisi: “Azərbaycanda miqrasiya qanunvericiliyinin tələblərini pozmuş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı kəskin azalıb”

Şöbə rəisi: “Azərbaycanda miqrasiya qanunvericiliyinin tələblərini pozmuş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı kəskin azalıb” “Son 6 ay ərzində Yaxın Şərq-Türkiyə-Azərbaycan marşurutu ilə Avropaya qanunsuz miqrant axını faktları qeydə alınıb"
Hadisə
23 May , 2016 12:07
Şöbə rəisi: “Azərbaycanda miqrasiya qanunvericiliyinin tələblərini pozmuş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı kəskin azalıb”

Bakı. 23 may. REPORT.AZ/ “Azərbaycanda son 11 ildə 646 insan alveri qurbanları aşkar edilib”.

"Report" xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayev bildirib.

Dövlət Miqrasiya Xidmətinin Miqrasiyaya Nəzarət Baş İdarə rəisinin müavini Qüdrət Məmmədov çıxışında deyib ki, əcnəbi vətəndaşlar Azərbaycana leqal yolla daxil olurlar: “Azərbaycanın hüquq-mühafizə orqanlarının son illər keçirdikləri əməliyyat tədbirləri nəticəsində artıq ölkəmizə qeyri-leqal yolla daxil olan əcnəbilərin sayı azalıb. Ölkəmizə Banqladeş və Pakistan vətandaşları leqal daxil olublar, sonradan miqrasiya qanunvericiliyinin tələblərini pozublar. Son 6 ay ərzində Yaxın Şərq-Türkiyə-Azərbaycan marşurutu ilə Avropaya qanunsuz miqrant axını faktları qeydə alınıb. Bu da Azərbaycanın tranzit ölkəyə çevrilməsinə gətirib çıxarır. Dövlət miqrasiya xidməti əməkdaşları 5 mütəşəkkil dəstə zərərsizləşdirib. Saxlanılanlar arasında Azərbaycan vətəndaşları olmayıb. Əsasən həmin qanunsuz miqrantların öz ölkələrindən olan şəxslər olub. Son 4 il ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən keçirilmiş tədbirlər nəticəsində miqrasiya qanunvericiliyinin tələblərini pozmuş əcnəbi və vətəndaşlığı olmayan şəxlərin sayında kəskin azalma müşahidə olunmuşdur. Hazırda Azərbaycanda miqrasiya qanunvericiliyinin tələblərini pozmuş 5 minə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs vardır ki, bunların da böyük əksəriyyətini əvvəllər əsasən Rusiya və Gürcüstanda yaşamış soydaşlarımız təşkil edirlər”.

Son xəbərlər

Orphus sistemi