Dövlət Komitəsinin şöbə müdiri: "Bəzi insanlar qadınların qətllərinə haqq qazandırır"

Dövlət Komitəsinin şöbə müdiri: "Bəzi insanlar qadınların qətllərinə haqq qazandırır" "Cəmiyyətdə olan patriarxal stereotiplər dəyişməlidir. İnsana qarşı zorakılıq, xüsusilə də uşaqlara qarşı hər hansısa zorakılıq növü yolverilməzdir".
Hadisə
367
2 Sentyabr , 2021 12:08
Dövlət Komitəsinin şöbə müdiri: Bəzi insanlar qadınların qətllərinə haqq qazandırır
Elgün Səfərov

"Cəmiyyətdə olan patriarxal stereotiplər dəyişməlidir. İnsana qarşı zorakılıq, xüsusilə də uşaqlara qarşı hər hansısa zorakılıq növü yolverilməzdir".

"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov deyib.

O bildirib ki, cəmiyyət özü bu halları qəbul etməməlidir və qarşı çıxmalıdır: "Bu stereotiplərlə mübarizə ardıcıl aparılmalıdır. Çox təəssüf olsun ki, bəzi insanlar qadınların qətli faktlarına bəzi hallarda haqq qazandırır".

Qeyd edək ki, avqustun 30-da saat 14 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayan 1997-ci il təvəllüdlü Niftəliyeva Aytən İlham qızı və onun azyaşlı övladı 2020-ci il təvəllüdlü Niftəliyeva Tahirə Rəhman qızının yaşadıqları evin pəncərəsindən yıxılaraq çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmələri ilə bağlı Səbail Rayon Prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Göstərilən zəruri tibbi yardımlara baxmayaraq, Tahirə Niftəliyeva aldığı xəsarətlərdən avqustun 30-da, Aytən Niftəliyeva isə sentyabrın 2-də müalicə olunduqları xəstəxanada vəfat ediblər.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Həmçinin məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakıda ana və körpəsinin ölümü ilə bağlı məlumat yayıb. Bildirilib ki, Dövlət Komitəsi və aidiyyəti qurumların hər biri tərəfindən öz səlahiyyətləri çərçivəsində birgə araşdırılaraq müvafiq tədbirlər həyata keçirilməkdədir.

Son xəbərlər

Orphus sistemi