“Siyəzənneft” NQÇİ-dən 21 min manatlıq oğurluq edilib

“Siyəzənneft” NQÇİ-dən 21 min manatlıq oğurluq edilib Siyəzən rayonunda oğurluq hadisəsi olub.
Hadisə
24 Sentyabr , 2021 13:27
“Siyəzənneft” NQÇİ-dən 21 min manatlıq oğurluq edilib

Siyəzən rayonunda oğurluq hadisəsi olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 20-dən 23-dək olan müddətdə Qarabulaq kəndində yerləşən “Siyəzənneft” Neft-Qaz Çıxarma İdarəsinə məxsus ərazidən 21 474 manat dəyərində 2 980 metr dəmir boru və 5 810 metr naqil oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş H.Muradov saxlanılıb.

Son xəbərlər

Orphus sistemi