Bakı. 28 fevral. REPORT.AZ/ Siyəzəndə zəlzələ olub.
Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
İlkin məlumatlara əsasən yerli vaxtla saat 07:45:27-də Altıağacdan 24 km şimal-şərqdə Siyəzən rayonu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
Zəlzələnin maqnitudası 3.5, dərinliyi 46 km olub.