Yuxarı

Siyəzəndə yük furqonu aşıb, 3 nəfər yaralanıb

Siyəzəndə yük furqonu aşıb, 3 nəfər yaralanıb
© Foto: Report.az

Siyəzən. 17 avqust. REPORT.AZ/ Siyəzən rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, 1988-ci il təvəllüdlü Babayev Rəsul Ağaşah oğlunun Siyəzən şəhəri ərazisində sükanı arxasında olduğu "90-CL-983" dövlət qeydiyyat nişanlı "Ford Transit" markalı yük furqonu idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü və Xaçmaz rayonunun Çiləgir kəndindən olan sərnişinlər - 1982-ci il təvəllüdlü Nağdıyev Rafiq Ağamalı oğlu və 1979-cu il təvəllüdlü Səlimov Elnur Nəcib oğlu müxtəlif bədən xəsarətləri alaraq Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Onlardan sürücünün vəziyyəti qənaətbəxşdir, digər yaralıların vəziyyəti isə ağırdır.

Faktla bağlı Siyəzən rayon Polis şöbəsində araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi