Siyəzəndə yol qəzasında 3 nəfər ölüb

Siyəzəndə yol qəzasında 3 nəfər ölüb Siyəzən rayonunda ağır-yol nəqliyyat hadisəsi olub.
Hadisə
6 mart 2020 05:18
Siyəzəndə yol qəzasında 3 nəfər ölüb
pexels.com

Siyəzən rayonunda ağır-yol nəqliyyat hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a bildirilib ki, “KamAZ” markalı yük avtomobili və “Renault” markalı minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 3 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi