Siyəzəndə yol qəzası baş verib, xəsarət alanlar var - FOTO

Siyəzəndə yol qəzası baş verib, xəsarət alanlar var - FOTO Siyəzən. 25 noyabr. REPORT.AZ/ Bakı-Quba yolunda minik avtomobili səkiyə çırpılıb.
Hadisə
25 Noyabr , 2018 20:32
Siyəzəndə yol qəzası baş verib, xəsarət alanlar var - FOTO

Siyəzən. 25 noyabr. REPORT.AZ/ Bakı-Quba yolunda minik avtomobili səkiyə çırpılıb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba yolunun Siyəzən rayonu ərazisində, Zarat polis postunun yaxınlığında baş verib.

"Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq, yol kənarındakı səkiyə çırpılıb. Qəza zamanı avtomobildə olan 4 nəfər xəsarət alıb.

Hadisə yerinə tibbi briqada göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi