Siyəzəndə yaşadıqları ünvanı tərk edən COVID-19 xəstələri saxlanılıb

Siyəzəndə yaşadıqları ünvanı tərk edən COVID-19 xəstələri saxlanılıb Siyəzəndə yaşadıqları ünvanı tərk edən COVİD-19 xəstələri saxlanılıb.
Hadisə
12 Dekabr , 2020 16:39
Siyəzəndə yaşadıqları ünvanı tərk edən COVID-19 xəstələri saxlanılıb

Siyəzən rayon sakinləri Sədir Hüseynova və Gündüz Yəhyəyevə COVID-19 virusuna yoluxduqları üçün ev şəraitində müalicə təyin edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"a verilən məlumata görə, lakin hər iki şəxs qaydalara əməl etməyərək yaşadıqları evi tərk edib və virusun yayılmasına şərait yaradıblar.

Polis əməkdaşları tərəfindən onların olduqları yerlər müəyyən edilib və dərhal yaşadıqları ünvanlara geri qaytarılıblar.

Faktlarla əlaqədar S.HüseynovG.Yəhyəyev barəsində Siyəzən RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi