Yuxarı
    Bağlamaq

    Siyəzəndə TIR qəza törədib, sürücü yaralanıb

    Faktla bağlı araşdırma aparılır

    Bakı. 30 yanvar. REPORT.AZ/ Siyəzəndə TIR qəza törədib, sürücü yaralanıb.

    “Report”un xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Belə ki, Siyəzən rayonu ərazisində “RENO TIR” markalı yük avtomobili ilə “Ford” markalı yük avtomobili toqquşub.

    FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq “RENO TIR” yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyəti üzrə təhvil verib.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi