Siyəzəndə qonşusunu ana söyüşünə görə bıçaqlayan şəxsin cəzası azaldılıb

Siyəzəndə qonşusunu ana söyüşünə görə bıçaqlayan şəxsin cəzası azaldılıb Hakim Fərmayıl Zeynallının sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub
Hadisə
24 İyun , 2017 17:41
Siyəzəndə qonşusunu ana söyüşünə görə bıçaqlayan şəxsin cəzası azaldılıb

Bakı. 24 iyun. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Nahid Muradovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Fərmayıl Zeynallının sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, N.Muradovun apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib və onun 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası 1 il 6 aya endirilib.

Qeyd edək ki, hadisə 2016-cı il iyulun 26-da Siyəzən rayonunda baş verib. N.Muradov qonşusu Arzu Orucovu aralarında yaranan münaqişə zəminində bıçaqlayıb. A.Orucovun həyatını xilas etmək mümkün olub.

Hadisənin baş verəməsinə səbəb kimi isə A.Orucovun onun anasını söyüb təhqir etməsi olub.

N.Muradov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi