Siyəzəndə qəbiristanlıqda həmyerlisini öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

Siyəzəndə qəbiristanlıqda həmyerlisini öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib Siyəzən rayonunda qətl törətməkdə təqsirləndirilən Asim Əbdülovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
22 May , 2019 09:41
Siyəzəndə qəbiristanlıqda həmyerlisini öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

Siyəzən rayonunda qətl törətməkdə təqsirləndirilən Asim Əbdülovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əliövsəd Abasovun icraatına verilib. Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə bu il fevralın 11-də Siyəzən rayonundakı qəbiristanlıqların birində baş verib.

Atışma nəticəsində A.Əbdülov Elşən Qədirlini güllələnərək öldürüb.

Məlumata görə, qətlin səbəbi öldürülən şəxsin - E.Qədirlinin A.Əbdülovun evinə gələrək, pəncərəni gizlicə döyməsi olub. Bundan qəzəblənən A.Əbdülov E.Qədirlini qəbiristanlığa aparıb və qətlə yetirib.

Son xəbərlər

Orphus sistemi