FHN qarlı və dumanlı hava şəraiti ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

FHN qarlı və dumanlı hava şəraiti ilə bağlı vətəndaşlara xəbərdarlıq edib Siyəzəndə qarlı və dumanlı hava şəraitində yollarını azan 4 nəfər xilas edilib.
Hadisə
914
20 Mart , 2022 16:34
FHN qarlı və dumanlı hava şəraiti ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

Fövqəladə Hallar Nazirliyi (FHN) qarlı və dumanlı hava şəraiti ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

FHN-dən “Report”a daxil olan xəbərdarlıqda deyilir:

"Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Siyəzən rayonu, Zarat kəndi istiqamətində dağlıq ərazidə qarlı və dumanlı hava şəraitində yollarını azaraq 4 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidməti Siyəzən Rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən vətəndaşlar operativ olaraq dağdan təhlükəsiz əraziyə təxliyə olunaraq xilas ediliblər.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək havaların qeyri-sabit və yağmurlu keçməsi, bəzi ərazilərdə intensiv xarakter alması, o cümlədən dağlıq ərazilərdə güclü qar yağması ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır".

Son xəbərlər

Orphus sistemi