Siyəzən. 31 iyul. REPORT.AZ/ Siyəzən rayonunda baş verən yol-nəqliyyad hadisəsi zamanı dünyasını dəyişən qadının adı məlum olub.
"Report"un Şimal bürosunun məlumatına görə, R.Əliyevanın idarə etdiyi avtomobildə olan sərnişin - sürücünün anası 1962-ci il təvəllüdlü Sənəm Musa qızı Əliyeva hadisə yerində ölüb.
***12:48
Siyəzən. 31 iyul. REPORT.AZ/ Siyəzən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Bakıdan Nabrana istirahətə gedərkən baş verib.
Belə ki, Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Rübabə Xeyrulla qızı Əliyeva idarə etdiyi "KİA" markalı avtomobildə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili aşırıb. Nəticədə avtomobildə olan sərnişin, sürcünün anası hadisə yerində ölüb. Sürücü R.Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırmalara başlanılıb.