Siyəzəndə ölümlə nəticələnən yol qəzası olub

Siyəzəndə ölümlə nəticələnən yol qəzası olub Faktla bağlı araşdırma aparılır
Hadisə
30 Avqust , 2017 12:18
Siyəzəndə ölümlə nəticələnən yol qəzası olub
Report

Bakı. 30 avqust. REPORT.AZ/ Siyəzən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə avqustun 29-da rayonun Zarat qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Sabirabad rayon sakini Rafiq Xudayevin idarə etdiyi VAZ-21043” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və yolun kənaranında dayanan “VAZ-21214” markalı avtomobilə vurub. Nəticədə R.Xudayev hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi