Siyəzəndə ölümlə nəticələnən yol qəzası olub

Siyəzəndə ölümlə nəticələnən yol qəzası olub Siyəzən. 15 may. REPORT.AZ/ Siyəzən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
15 May , 2018 12:14
Siyəzəndə ölümlə nəticələnən yol qəzası olub
Report
0 : 00
0 : 00

Siyəzən. 15 may. REPORT.AZ/ Siyəzən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Şimal bürosu xəbər verir ki, hadisə rayonun Gilgilçay kəndi ərazisində baş verib. 

Belə ki, Şabran rayon sakini Hüseynağa Əhmədov idarə etdiyi “Tofaş” markalı avtomobillə hərəkətdə olan zaman idaretməni itirib və avtomobilini yolun kənarında dayanan “KamAZ” markalı avtomobilə  çırpıb. Nəticədə avtomobildə olan sərnişin, Şabran rayon sakini Seymur Qəniyev hadisə yerində ölüb. Sürücü H.Əhmədovun isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi