Siyəzəndə ölümlə nəticələnən qəza törədən sürücünün məhkəməsi başlayır

Siyəzəndə ölümlə nəticələnən qəza törədən sürücünün məhkəməsi başlayır Siyəzən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən İsmayıl Ələkbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
30 Oktyabr , 2019 10:37
Siyəzəndə ölümlə nəticələnən qəza törədən sürücünün məhkəməsi başlayır

Siyəzən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən İsmayıl Ələkbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, iş baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilib. 

Hakim Bəylər Ələkbərovun icraatında olan iş üzrə hazırlıq iclası noyabrın 5-ə təyin edilib.

Qeyd edək ki, qəza bu ilin iyun ayında Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində baş verib. “Mitsubishi Pajero” markalı, 99-FO-808 dövlət qeydiyyat nişanlı avtomobil yol kənarında quraşdırılmış maneəyə çırpılıb. Nəticədə sərnişin Cəlalə Qurbanova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Sürücü, 1990-cı il təvəllüdlü İsmayıl Ələkbərova Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi