Siyəzəndə nişan mərasimi yarımçıq saxlanıldı

Siyəzəndə nişan mərasimi yarımçıq saxlanıldı Mərasimin təşkilatçısı və orada iştirak edənlər barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb
Hadisə
11 Aprel , 2021 10:33
Siyəzəndə nişan mərasimi yarımçıq saxlanıldı

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə rayonun Böyük Həmyə kəndində yerləşən fərdi yaşayış evlərinin birində nişan mərasiminin keçirildiyi müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan “Report”a verilən məlumata görə, polis əməkdaşları tərəfindən məclis dərhal dayandırılıb.

Kütləvi şəkildə toplaşaraq sanitar-gigiyena və karantin rejimi qaydalarını pozanlarla izahedici söhbətlər aparılıb, mərasimin təşkilatçısı və orada iştirak edənlər barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi