Siyəzəndə minik avtomobili yük maşını ilə toqquşub, 1 ölü, 1 yaralı

Siyəzəndə minik avtomobili yük maşını ilə toqquşub, 1 ölü, 1 yaralı Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsi araşdırma aparır
Hadisə
1 Avqust , 2015 13:50
Siyəzəndə minik avtomobili yük maşını ilə toqquşub, 1 ölü, 1 yaralı

Bakı. 1 avqust. REPORT.AZ/ Siyəzən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"  xəbər verir ki, iyulun 31-də saat 02 radələrində Siyəzən rayonu ərazisində Quba şəhər sakini Ceyhun Məmmədovun idarə etdiyi "Mercedes" və Xaçmaz rayon sakini Şakir Əhmədovun idarə etdiyi "KamAZ" markalı avtomobillər toqquşub.

Nəticədə C.Məmmədovun sərnişinləri - həmyerliləri S.Minyaşova və N.Mehdiyeva xəstəxanaya yerləşdirilib. S.Minyaşova orada ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsi araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi