Siyəzəndə iki qardaş qəzaya düşüb, biri ağır yaralanıb

Siyəzəndə iki qardaş qəzaya düşüb, biri ağır yaralanıb Siyəzən rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
15 Dekabr , 2021 08:33
Siyəzəndə iki qardaş qəzaya düşüb, biri ağır yaralanıb

Siyəzən rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, “VAZ-2107” markalı avtomobilin dərəyə aşması nəticəsində iki qardaş xəsarət alıb.

Onlardan biri, 1994-cü il təvəllüdlü Musayev Musa Məmməd oğlunun xəsarəti ağır olduğu üçün Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı ona sağ qolun yerdəyişən sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi