Siyəzəndə həmyerlisini öldürməkdə ittiham edilən şəxsin məhkəməsi başlayıb

Siyəzəndə həmyerlisini öldürməkdə ittiham edilən şəxsin məhkəməsi başlayıb Bakı Ağır Cinayətlər Məhkəməsinə qətl törətməkdə təqsirləndirilən 1967-ci il təvəllüdlü Asim Əbdülovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
4 İyun , 2019 14:48
Siyəzəndə həmyerlisini öldürməkdə ittiham edilən şəxsin məhkəməsi başlayıb
Report.az

Bakı Ağır Cinayətlər Məhkəməsinə qətl törətməkdə təqsirləndirilən 1967-ci il təvəllüdlü Asim Əbdülovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hazırlıq iclas hakim Əliövsət Abasovun sədrliyi ilə keçirilib.

Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Mərhumun hüquqi varisi cinayət işinin istintaq orqanına qaytarılmasını və Asim Əbdülova daha ağır maddə ilə ittiham verilməsini istəyiblər.

Məhkəmə vəsatəti təmin etməyib. Hakim bildirib ki, bu, məhkəmə baxışında araşdırılacaq.

Baxış iclası iyunun 17-ə təyin edilib.

Qeyd edək ki, hadisə bu il fevralın 11-də Siyəzən rayonundakı qəbiristanlıqların birində baş verib.

A.Əbdülov Elşən Qədirlini güllələnərək öldürüb. İlkin məlumata görə, qətlin səbəbi öldürülən şəxsin - E.Qədirlinin A.Əbdülovun evinə gələrək, pəncərəni gizlicə döyməsi olub. Bundan qəzəblənən A.Əbdülov E.Qədirlini qəbiristanlığa aparıb və qətlə yetirib.

A.Əbdülov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir. 

Son xəbərlər

Orphus sistemi