Siyəzəndə inkubator yanıb

Siyəzəndə inkubator yanıb Sayı məlum olmayan cücə tüstüdən boğularaq tələf olub
Hadisə
17 Yanvar , 2015 12:50
Siyəzəndə inkubator yanıb

Bakı. 17 yanvar. REPORT.AZ/ Siyəzən rayonunun Beşdam kəndində vətəndaşa məxsus ümumi sahəsi 384 kv.m olan cücə sexinin tavanı 120 kv.m və çardağı 40 kv.m sahədə yanıb. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, yanğın zamanı sexin içərisində sayı məlum olmayan cücə tüstüdən boğularaq tələf olub. Sexin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi