Siyəzəndə biçilmiş əkin sahələrindəki yanğın söndürülüb

Siyəzəndə biçilmiş əkin sahələrindəki yanğın söndürülüb Siyəzən rayonu ərazisində biçilmiş əkin və kolluq ərazilərdə yanğın başlayıb.
Hadisə
29 İyul , 2020 07:35
Siyəzəndə biçilmiş əkin sahələrindəki yanğın söndürülüb
0 : 00
0 : 00

Siyəzən rayonu ərazisində biçilmiş əkin və kolluq ərazilərdə baş verən yanğın söndürülüb

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin (FHN) Siyəzən Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi yanğının qarşısını gecə saatlarında alıblar.  

Qeyd edək ki, yanğın Şabran rayonu ərazisindən də müşahidə olunub.


***00:22

Siyəzən rayonu ərazisində biçilmiş əkin və kolluq ərazilərdə yanğın başlayıb.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, yanğın rayonun dağlıq ərazisində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Siyəzən Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Qeyd edək ki, yanğın Şabran rayonu ərazisindən də müşahidə olunur.

Son xəbərlər

Orphus sistemi