Siyəzəndə baş verən yol qəzasında xəsarət alan azyaşlı Bakıya göndərilib - YENİLƏNİB-2

Siyəzəndə baş verən yol qəzasında xəsarət alan azyaşlı Bakıya göndərilib - YENİLƏNİB-2 Bakı-Quba yolunda baş verən ağır avtomobil qəzasında xəsarət alan azyaşlı Bakıya göndərilib.
Hadisə
3 Noyabr , 2019 03:09
Siyəzəndə baş verən yol qəzasında xəsarət alan azyaşlı Bakıya göndərilib - YENİLƏNİB-2

Bakı-Quba yolunda baş verən ağır avtomobil qəzasında xəsarət alan azyaşlı Bakıya göndərilib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, Siyəzən rayonunda baş verən qəzada xəsarətlər alan Xaçmaz rayon Qarabağlı kənd sakini Sevgi Vəliyevanın vəziyyəti ağırlaşdığından o, Bakı şəhərindəki xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırmalar davam etdirilir. 


*** 01:29

Qubra rayonunda ağır yol-nqəliyyat hadisəsi zamanı ölənlərin sayı 4 nəfərə çatıb.  

Belə ki, "Lada" markalı avtomobilin idarəetmədən çıxması səbəb olub. Bu zaman arxadan gələn "Mercedes" markalı avtomobil ona çırpılıb. Hadisə zamanı 4 nəfər həlak olub. 

Bunlar - 1979-cu il təvəllüdlü Quliyev Səbuhi Çingiz oğlu, onun həmyaşıdı İsmayılov Hüseyn Səfərəli oğlu, Xaçmaz şəhər sakinləri - 1987-ci il təvəllüdlü Bahar Zakir qızı Nəzərova və 1984-cü il təvəllüdlü Günay Vəliyevadır. 

Hadisə zamanı daha 2 nəfər xəsarət alıb. 


*** 23:19

Qubra rayonunda ağır yol-nqəliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosu xəbər verir ki, hadisə zamanı bir neçə nəfər ölüb. Onların meyitləri deformasiyaya uğrayan avtomobilərdən çıxaraq yolun kənarına düşüb. 

Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.

Yaralılar “təcili yardım” avtomobili ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırmalara başlanılır. 

Son xəbərlər

Orphus sistemi