Siyəzəndə ana doğuş zamanı dünyasını dəyişib

Siyəzəndə ana doğuş zamanı dünyasını dəyişib Siyəzən. 12 iyun. REPORT.AZ/ Siyəzən rayonunda doğuş zamanı ölüm hadisəsi baş verib.
Hadisə
12 İyun , 2018 08:50
Siyəzəndə ana doğuş zamanı dünyasını dəyişib

Siyəzən. 12 iyun. REPORT.AZ/ Siyəzən rayonunda doğuş zamanı ölüm hadisəsi baş verib.

"Report"un Şimal bürosu xəbər vərir ki, yerli sakin Aytən Möhübbət qızı Qasımova Siyəzən Regional Diaqnostika Mərkəzinin Doğum şöbəsində doğuş zamanı dünyasını dəyişib.

Yaxınlarının sözlərinə görə, ana tam sağlam olub, uşaq salamat doğulsa da, ana ölüb. Qadının bu uşaqdan başqa bir oğlu da var.

Faktla bağlı Siyəzən rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi