Siyəzəndə ağır yol qəzası baş verib, ölənlər və yaralanan var - YENİLƏNİB-2

Siyəzəndə ağır yol qəzası baş verib, ölənlər və yaralanan var - YENİLƏNİB-2 Siyəzən rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölə şəxslərin adları məlum olub.
Hadisə
31 May , 2019 16:44
Siyəzəndə ağır yol qəzası baş verib, ölənlər və yaralanan var - YENİLƏNİB-2

Siyəzən rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölə şəxslərin adları məlum olub.

"Report"un Şimal bürosu xəbər verir ki, qəza nəticəsində ağır bədən xəsarətləri alan Bakı şəhər sakini, 1948-ci il təvəllüdlü Larisa İvanovna Lapina və Şabran rayonunun Ağalıq kənd sakini, 1992-ci il təvəllüdlü Mövlud Rasim oğlu Əmiraslanov hadisə yerində ölüb.

Qəzaya səbəb kimi yağışlı hava şəraiti, yolun sürüşkən olması göstərilir.

Qeyd edək ki, Y.Əliyev qəza törətdiyi avtomobillə Bakı-Xaçmaz marşrutu üzrə taksi fəaliyyəti ilə məşğul olurmuş.

Faktla bağlı araşdırma aparılır.


*** 15:38

Siyəzən rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin adları məlum olub. 

"Report"un Şimal bürosu xəbər verir ki, 1974-cü il təvəllüdlü Yaşar Xasay oğlu Əliyevin idarə etdiyi "Mercedes Benz E 200" markalı avtomobil idarəetməni itirərərək yol kənarına aşıb. Nəticədə avtomobilin sürücüsü və avtomobildə olan sərnişin, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Nərmin Əzizağa qızı Hacıbalayeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıblar.

Hadisə zamanı daha iki nəfərin öldüyü bildirilir. Ölən şəxslərin kimlikləri hələlik məlum deyil.


*** 14:59

Siyəzən rayonunda ağır yol qəzası baş verib. 

"Report"un Şimal bürosunun məlumatına görə, bu gün səhər saatlarında Bakı-Quba-Rusiya sərhədi yolunun 116-cı kilometrliyində, Siyəzən rayonu ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza zamanı ölən və yaralananların olduğu bildirilir. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar “təcili yardım” avtomobilləri ilə Siyəzən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi