Siyəzəndə ağır qəza olub, iki nəfər yaralanıb

Siyəzəndə ağır qəza olub, iki nəfər yaralanıb Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
9 Sentyabr , 2019 07:08
Siyəzəndə ağır qəza olub, iki nəfər yaralanıb

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Siyəzən rayonu ərazisində qeydə alınıb.

Belə ki, "50-DJ-612" dövlət qeydiyyat nömrə nişanlı "VAZ-21012" markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirib, nəticədə avtomobil yolun kənarına aşıb.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Şabran rayon sakinləri 1994-cü il təvəllüdlü Dadaşov Aqil Əsgər oğlu və 1987-ci təvəllüdlü Babayev Xəzər Əlixan oğlu 1 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib.

Aqil Dadaşovova müştərək travma və baş-beyin silkələnməsi, Xəzər Babayevə isə qapalı kəllə-beyin zədələnməsi diaqnozu qoyulub. Hər iki yaralının vəziyyəti ağır olduğu üçün onlar Reanimasiya və İntensiv Terapiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi