Siyəzəndə 6 evdən qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalanıb - FOTO

Siyəzəndə 6 evdən qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalanıb - FOTO O, ev sahiblərinə ümumilikdə 7 min manat dəyərində ziyan vurub
Hadisə
11 Noyabr , 2017 21:57
Siyəzəndə 6 evdən qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalanıb - FOTO

Siyəzən. 11 noyabr. REPORT.AZ/ Bu gün Siyəzən rayon Polis şöbəsi (RPŞ) əməkdaşlarının “isti izlər”lə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ayrı-ayrı vətəndaşlara məxsus evlərdən oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan "Report"un Şimal bürosuna verilən məlumata görə, şübhəli şəxs qismində saxlanılan Siyəzən rayon sakini Xəyyam Şahbazov rayon Polis şöbəsinə gətirilib.

Aparılan istintaq-əməliyyat tədbirlər nəticəsində məlum olub ki, o, fərqli vaxtlarda rayon ərazisində əvvəlcədən gözaltı etdiyi, qapısı asma qıfılla bağlı olan evlərə pəncərədən keçmə yolu ilə qanunsuz daxil olaraq oğurluq edib. O, ümumilikdə 6 ev yarıb. Cari ilin oktyabr ayının 10-dan noyabrın 10-dək daxil olduğu evlərdən 3 cüt qızıl sırğa, 8 ədəd qiymətli qaşlı qızıl üzük, 3 ədəd qızıl qolbaq, 4 ədəd qızıl klon, 1 ədəd qızıl zəncir, 4 ədəd qızıl diş, 1 ədəd “Nokia” markalı mobil telefon və digər məişət və bəzək əşyaları oğurlayaraq, ev sahiblərinə ümumi dəyəri təxminən 7 min manat məbləğində maddi ziyan vurub.

Onun mənzillərdən oğurladığı qızıl-zinət əşyalarını Sumqayıt şəhərində fəaliyyət göstərən zərgərlərdən birinə dəyərindən xeyli ucuz qiymətə satdığı müəyyən edilib.

Dindirilmə zamanı X.Şahbazov günahını etiraf edib, törətdiyi əməllərdən peşman olduğunu bildirib.

Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi başlanılıb, X.Şahbazovun başqa cinayətlərdə iştirakının olub-olmadığı araşdırılır.

Son xəbərlər

Orphus sistemi