Siyəzəndə 37 yaşlı qadını maşın vurub

Siyəzəndə 37 yaşlı qadını maşın vurub Yaralı qapalı kəllə beyin travması alıb
Hadisə
21 Oktyabr , 2016 21:44
Siyəzəndə 37 yaşlı qadını maşın vurub

Siyəzən. 21 oktyabr. REPORT.AZ/ Siyəzən rayonunda piyadanı maşın vurub.

"Report"un Şimal bürosu xəbər verir ki, hadisə Siyəzən-Zarat yolunun Beşdam kəndi ərazisindən keçən 11-ci km-də baş verib.

Belə ki, Siyəzən rayonu, Beşdam kənd sakini, 1979-cu il təvəllüdlü Cəfərova Bibixanım Elman qızı yolu keçmək istəyərkən "53-AA-076" dövlət qeydiyyat nişanlı "KİA Rio" markalı minik maşını tərəfindən vurulub. Sürücünün kimliyi barədə hələlik məlumat yoxdur.

Xəstəxanadan verilən məlumata görə, xəstə müştərək qapalı kəllə-beyin travması, alın nahiyəsinin çapılmış yarası, aşağı ətrafların sıyrılmış yaraları diaqnozu ilə stasionar müalicəyə cəlb olunub.

Faktla bağlı Siyəzən Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi