Siyəzəndə 30 yaşlı qadın üç azyaşlı övladı ilə birlikdə yoxa çıxıb - FOTO

Siyəzəndə 30 yaşlı qadın üç azyaşlı övladı ilə birlikdə yoxa çıxıb - FOTO Siyəzən rayonunun Yenikənd kənd sakini, 30 yaşlı Həmzəliyeva Gülnar Xanbala qızı cari ilin iyul ayının 23-də səhər saatlarında üç azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Hadisə
27 Avqust , 2019 16:52
Siyəzəndə 30 yaşlı qadın üç azyaşlı övladı ilə birlikdə yoxa çıxıb - FOTO

Siyəzən rayonunun Yenikənd kənd sakini, 30 yaşlı Həmzəliyeva Gülnar Xanbala qızı cari ilin iyul ayının 23-də səhər saatlarında üç azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Gülnar Həmzəliyevanın əlamətləri belədir: Boyu 155 sm., yumru sifətli, kök bədən quruluşlu, şabalıdı saçlı, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxan zaman onun əynində qara-qırmızı güllü don və ağ rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Siyəzən Rayon Polis Şöbəsinə 02330-4-13-03 şəhər, 051-772-06-06 və 077-390-70-75 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.          

Son xəbərlər

Orphus sistemi