Yuxarı

Siyəzəndə bir gündə iki yol qəzası baş verib, 2 nəfər ölüb

Hər iki faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır

Siyəzən. 3 oktyabr. REPORT.AZ/ Siyəzən rayonunda bir gün ərzində iki yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Şimal bürosunun məlumatına görə,  hadisə oktyabrın 2-də saat 21 radələrində rayonun Gilgilçay kəndinin ərazisində qeydə alınıb. 

Belə ki, Bakı şəhər sakini Elbrus Hasilov idarə etdiyi "Nissan" markalı avtomobillə yolu keçmək istəyən Şabran şəhər sakini Güldəstə İsmayılovanı vurub. Nəticədə G.İsmayılova aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. 

Digər yol-nəqliyyat hadisəsi də eyni vaxtda həmin kəndin ərazisində qeydə alınıb. Belə ki, Şabran şəhər sakini Davud Şərifovun idarə etdiyi "Samat Soren" markalı avtomobillə, Siyəzən şəhər sakini Mübariz Məmmədovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillər toqquşub. Nəticədə "Samat Soren"nin sürücüsü D.Şərifov hadisə yerində ölüb. 

Hər iki faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi