Bakı. 26 may. REPORT.AZ/ Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.
"Report"un xəbərinə görə, 1978-ci il təvəllüdlü Hüseynov Məmmədəli Sehran oğlu Şıxov çimərliyi ərazisində tanımadığı şəxslə əlbəyaxa dava edib.
O, dava zamanı bıçaqlanıb. Yaralı sol budun kəsilmiş-deşilmiş xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.