Bakı. 6 iyul. REPORT.AZ/ "Səhiyyə naziri Oqtay Şirəliyevin göstərişi ilə Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı Telemexanika Zavodunda baş verən qəza ilə bağlı hadisə yerinə 5 həkim briqadası göndərilib. Onlardan 2-si toksikoloji, 2-si yanıq mərkəzindən, 1-i reanimasiya üzrə briqada olub. Hazırda həkim briqadalarımız hadisə yerindədirlər". Bunu "Report"a Respublika Səhiyyə Nazirliyinin Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında baş həkimi Mürsəl Həmidov bildirib.
Onun sözlərinə görə, ölən və yaralananların sayı ilə bağlı hələlik dəqiq məlumat yoxdur.
Qeyd edək ki, bu gün Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı zavodunda istehsalat qəzası baş verib. Hadisə şahidlərinin verdiyi məlumata görə, hadisə nəticəsində ölən və yaralananlar var. Faktla bağlı araşdırma aparılır.