Səhiyyə Nazirliyi: Şirvandakı partlayışda yaralanan 3 nəfərin vəziyyəti orta-ağırdır

Səhiyyə Nazirliyi: Şirvandakı partlayışda yaralanan 3 nəfərin vəziyyəti orta-ağırdır İndiyədək Şirvan Şəhər Mərkəzi Xəstəxanasına 24 nəfər müraciət edib
Hadisə
26 İyul , 2016 20:12
Səhiyyə Nazirliyi: Şirvandakı partlayışda yaralanan 3 nəfərin vəziyyəti orta-ağırdır

Bakı. 26 iyul. REPORT.AZ/ Müdafiə Sənayesi Nazirliyinin "Araz" zavodunda baş vermiş partlayışla əlaqədar indiyədək Şirvan Şəhər Mərkəzi Xəstəxanasına 24 nəfər müraciət edib. 

Bu barədə "Report"a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.  

Məlumata görə, onlardan 14 nəfəri ambulator yardım alaraq evə buraxılıb: "Hazırda xəstəxanada 10 nəfərin müalicəsi davam edir. Bu şəxslərdən 3 nəfərinin vəziyyəti orta-ağır qiymətləndirilir, 7 nəfərin vəziyyəti isə yüngüldür".

Son xəbərlər

Orphus sistemi