Yuxarı
    Bağlamaq

    Şirvanda yol qəzasında 3 nəfər yaralanıb

    Faktla bağlı araşdırma aparılır

    Şirvan. 13 fevral. REPORT.AZ/ Şirvanda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

    “Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində Şəhidlər Xiyabanının yaxınlığında qeydə alınıb. Belə ki, Şirvan şəhər sakini, 47 yaşlı Natiq Müzəffər oğlu Əhmədovun idarə etdiyi “Vaz-2105” markalı avtomobili qarşıdan gələn minik avtomobili ilə toqquşub. 

    Hadisə nəticəsində “Vaz-2105”in sürücüsü və Hacıqabul sakini, 33 yaşlı Aytən Teyyub qızı Əsədova, Şirvan sakini, 18 yaşlı Anar Rasim oğlu Dadaşov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Ilk tibbi yardımdan sonra “Vaz-2105”in sürücüsünün vəziyyəti ağır olduğundan reanimasiya, digər iki nəfər isə travmatologiya şöbəsinə yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi