Şirvanda yol qəzası baş verib, xəsarət alanlar var

Şirvanda yol qəzası baş verib, xəsarət alanlar var Bakı. 24 oktyabr. REPORT.AZ/ Şirvan şəhərində yol qəzası baş verib.
Hadisə
24 Oktyabr , 2018 19:23
Şirvanda yol qəzası baş verib, xəsarət alanlar var

Bakı. 24 oktyabr. REPORT.AZ/ Şirvan şəhərində yol qəzası baş verib.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, “Mitsubishi” markalı avtomobil Kür çayının üzərində yerləşən körpüyə qalxarkən idarəetməni itirərək aşıb. 

Nəticədə sərnişinlər - Bakı şəhər sakinləri, sürücünün anası, 1948-ci il təvəllüdlü Ayaz Mirzə qızı Hümbətova və həyat yoldaşı, 1978-ci il təvəllüdlü Kifayət Rafiq qızı Nəbiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi