Şirvanda Türkiyə vətəndaşına xəsarət yetirilib, salonunda 60 min manat olan avtomobili qaçırılıb

Şirvanda Türkiyə vətəndaşına xəsarət yetirilib, salonunda 60 min manat olan avtomobili qaçırılıb Onun “Galaxy” şirkətinin müdiri olduğu bildirilir
Hadisə
4 Aprel , 2016 10:52
Şirvanda Türkiyə vətəndaşına xəsarət yetirilib, salonunda 60 min manat olan avtomobili qaçırılıb

Bakı. 4 aprel. REPORT.AZ/ Şirvanda Türkiyə vətəndaşına xəsarət yetirilib, salonunda 60 min manat olan avtomobili qaçırılıb. “Report”un xəbərinə görə, aprelin 3-də Şirvan şəhərində Türkiyə vətəndaşı, “Galaxy” şirkətinin müdiri Akkurt Sadrettin “Toyota” markalı avtomobili idarə edərkən velosiped sürən naməlum şəxs yıxıldığından köməklik məqsədi ilə düşüb ona yaxınlaşarkən başından vurulmuş zərbədən huşunu itirib və salonunda 60 000 manat olan avtomobili qaçırılıb.

A.Sadrettin xəstəxanaya yerləşdirilib. Avtomobil həmin gün Şirvan şəhəri ərazisində tapılıb və pulun aparılması müəyyən edilib.

Şirvan Şəhər Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Son xəbərlər

Orphus sistemi