Şirvanda qadının evində heroin aşkar edilib

Şirvanda qadının evində heroin aşkar edilib Faktla bağlı iki nəfər saxlanılıb
Hadisə
4 May , 2017 21:39
Şirvanda qadının evində heroin aşkar edilib

Şirvan. 5 may. REPORT.AZ/ Şirvan şəhərində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəhər sakini saxlanılıb.

“Report”un Aran bürosu xəbər verir ki, daxil olmuş məlumat əsasında Şirvan şəhər Polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri həyata keçirilib.

Əməliyyat zamanı Şirvan şəhər sakini Ağami Seyidrza Seyidsadıq oğlu və onunla əlbir olan Mehriban Mehman qızı Səmədova şübhəli şəxs qismində saxlanılıb. Qadının evinə baxış keçirilən zaman onun yaşadığı mənzildən ümumi çəkisi 25 qrama yaxın narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı Şirvan şəhər Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi