Şirvanda polis şəxsin özünə xəsarət yetirməsinin qarşısını alıb

Şirvanda polis şəxsin özünə xəsarət yetirməsinin qarşısını alıb Faktla bağlı araşdırma aparılır
Hadisə
18 Noyabr , 2017 11:56
Şirvanda polis şəxsin özünə xəsarət yetirməsinin qarşısını alıb

Şirvan. 18 noyabr. REPORT.AZ/ Şirvanda polis özünə xəsarət yetirmək istəyən şəxsin qarşısını alıb.

Bu barədə "Report"un Aran bürosuna DİN-nin mətbuat xidmətinin Şirvan şəhər regional qrupunun baş inspektoru, polis leytenantı Toğrul Nəsirli məlumat verib. 

Onun sözlərinə görə, Şirvan şəhər sakini, 42 yaşlı Cəlal İbrahimov sərxoş vəziyyətdə şəhərin mərkəzində xuliqanlıq hərəkətləri edib: "Bu zaman onu sakitləşdirmək istəyənlər olsa da həmin şəxs üzərində gəzdirdiyi mətbəx bıçağını çıxarıb, boğazına dirəyərək özünəqəsd edəcəyini bildirib, qatı xuliqanlıq hərəkətlərini davam etdirib. Hadisə yerinin yaxınlığında olan Şirvan Şəhər Polis və Mühafizə Şöbələrinin əməkdaşlarının peşəkarlığı və çevikliyi nəticəsində C.İbrahimovun hərəkətlərinin və özünə xəsarət yetirməsinin qarşısı alınıb".

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi